Zippo əsası 1932-ci ildə George Grant Blaisdell tərəfindən qoyulmuş Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında, Bradford şəhərində yenidən istifadə olunan alışqanların istehsalı, dizaynı və satışı ilə məşğuldur. Minlərlə müxtəlif dizaynda istehsal olunmuş alışqanlar onilliklər ərzində Amerikanın simvoluna çevrilmiş məhsullardan biridir. Zippo alışqanları yüzlərlə filmdə kino qəhrəmanlarının alışqanı kimi göstərilib. Zippo-nu məşhurluğa aparan yol isə 2-ci Dünya Müharibəsində Amerika Ordusunun Zippodan istifadə etməsi olub.