VMF AYNA günəş və optik eynəyi istehsalında ixtisaslaşmış Azərbaycan milli eynək brendidir. VMF AYNA adı Azərbaycanın ilk lüks məhsullar təqdim edən VMF Şirkətlər Qrupuna daxil olan “VMF Dəqiq Mexanizmlər İstehsal edən İlk Fabriki”nə məxsusdur.

Şirkətin ticarət nişanı VMF və AYNA ifadələr birliyindən ibarətdir. Burada “VMF” 1997-ci ildə Vahid Mustafayev Fuad oğlu tərəfindən yaradılan şırkətin adını göstərir, “AYNA” ifadəsi isə Azərbaycan dilində "şüşə", “güzgü” mənasını verir.