VMF TOQQA brendi, saatlar üçün bəndlər və kəmərlər istehsalında ixtisaslaşmış brenddir. Bu brend Azərbaycanın ilk lüks məhsullar təqdim edən VMF Şirkətlər Qrupuna daxil olan “VMF Natural Frequencies” Azərbaycanda ilk Dəqiq Mexanizmlər İstehsal edən saat Fabrikinə məxsusdur. Toqqalarda istifadə olunan dəri, silikon, rezin və paslanmaz poladdan olan bütün məhsullar sertifikasiyalardan keçərək tam sağlam və alergik fəsadlar yaratmayan materiallardan istehsal olunur. 

Dəri saat toqqaları klassik və mürəkkəb görünüşü ilə məşhurdur. Toqqalar hamar dəri, toxumalı dəri və ya timsah dərisi naxışlı dəri kəmərlər ilə müxtəlif rənglərdə hazırlanır.

Paslanmaz polad saat kəmərlərinə davamlılıq və parıltılı görüntü verir. Onlar həm lüks, həm də idman saatlarında isdifadə olunur.

Rezin və ya silikon saat kəmərləri suya davamlı və elastik təbiətinə görə əsasən idman və dalğıc saatlarında daha çox istifadə olunur.

Şirkətin ticarət nişanı VMF və TOQQA ifadələr birliyindən ibarətdir. “TOQQA” ifadəsi Azərbaycan dilində qayışı, kəməri çəkib bağlamaq üçün onun üzərində olan qarmaqlı bənd mənasını verir.