Dünyaca məşhur İsveçrə saat brendi olan SWATCH, al-əlvan və hər zövqə uyğun dizayn edilmiş modelləri ilə fərqlilik axtaranların bir nömrəli seçimidir.

Swatch, 1979-cu ildə dünyanın ən incə qol saatı olan və digər saatlar ilə nisbətdə minimum sayda hissədən hazırlanan "Delirium"u bazara təqdim edərək öz Yapon rəqiblərini qısa zamanda üstələyir.

Bu cür yaradıcı fikirlərlə maliyyəti minimuma endirən Swatch, qısa zamanda bütün "minimum qiymətə İsveçrə keyfiyyəti" sloganı ilə dünyaya səs salır.

Swatch, hər il sevənlərinin qarşısına fərqli dizayner və ya rəssamla çalışaraq, hər hansı bir mövzuya uyğun kolleksiyalarla çıxır.

Siz də tərqli parçaları bir araya gətirməyi sevən və yaradıcılığını tərzinə yansıdanların sevimlisi olan Swatch saatlarına sahib olmaq istəyirsinizsə www.vmf.az saytından online sifarişlə saat almaqla yanaşı, həm də sadə, şık, idman və ya klassik stilinizlə bir vəhdət yaradan Swatch aksessuarlarına sahib ola bilərsiniz.